Sosial
Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı oldu
Mayın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib.
Publika.az xəbər verir ki, festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onların böyük səhnəyə çıxışını təmin etmək və peşəkar sənətçilərlə birgə yaradıcılıq layihələrinə cəlb etməkdir. Layihə, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə reallaşdırılır.
Akademik Filarmoniyada keçirilən açılış mərasimində çıxış edən Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə festivalın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, bu cür layihələr gələcəyin sənətkarlarının formalaşmasına təkan verir və uşaqlar arasında incəsənətə marağın daha da artmasına xidmət edir.
Festival çərçivəsində baletmeyster Ceyhun Qubadovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı (direktor - baş dirijor Mustafa Aşurov) və Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu eyni səhnəni bölüşüb. Qeyd edək ki, Uşaq Filarmoniyasının rəqs kollektivlərinin xoreoqrafları Nigar Zeynalova, Məhəmməd Quliyev və Günel Təhməzovadır.
Proqramda, həmçinin Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri çıxış ediblər. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.
Konsert proqramı ilə yanaşı, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi də tamaşaçılara təqdim olunub.
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
















.jpg)


















.jpg)
