Sosial
Ruslar uşaq böyütməyə nə qədər pul xərcləyirlər? - Sorğu
Rusiyada valideynlərin demək olar ki, yarısı bir uşağın məktəbdənkənar məşğələləri üçün ayda 3-10 min rubl xərcləməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə TASS-ın tanış olduğu sorğunun nəticələrində bildirilib.
Araşdırmaya əsasən, respondentlərin 45 faizi uşaqların dərsdənkənar fəaliyyətlərinə aylıq 3-10 min rubl (70 -240 AZN) ayırmağa hazır olduğunu deyib. Sorğuda iştirak edənlərin 23 faizi isə dərnək və idman bölmələri üçün ayda 1-3 min rubl xərcləyə biləcəyini bildirib.
İştirakçıların 15 faizi uşaqların əlavə məşğələlərinə ayda 10 min rubldan çox vəsait ayırmağa hazır olduğunu qeyd edib. Bu göstərici xüsusilə Moskva və Sankt-Peterburq sakinləri arasında daha yüksək olub və 23 faizə çatıb.
Sorğu iştirakçılarının 11 faizi mümkün xərclərin məbləğini müəyyənləşdirə bilməyib. Daha 4 faiz valideyn isə uşaqların məktəbdənkənar fəaliyyətlərinə pul xərcləməyə hazır olmadığını bildirib.
Araşdırma göstərib ki, rusiyalıların əksəriyyəti uşaqlıq dövründə iştirak etdikləri dərnək və bölmələrin müsbət təsir göstərdiyini düşünür. Respondentlərin 42 faizi əlavə məşğələlərin dünyagörüşünü genişləndirdiyini, intizam aşıladığını və yaşıdlarla ünsiyyəti gücləndirdiyini vurğulayıb.
Sorğuda iştirak edənlərin 10 faizi uşaqlıq maraqlarının ömürlük hobbiyə çevrildiyini, 7 faizi isə gələcək peşə seçiminin məhz həmin məşğələlərlə bağlı olduğunu bildirib.
Bununla yanaşı, respondentlərin 62 faizi uşaqların erkən yaşlardan idmanla məşğul olmasının vacib olduğunu hesab edir. Daha 44 faiz iştirakçı isə əsas diqqətin təhsilə və uşağın yaxşı ali məktəbə qəbuluna kömək edəcək əlavə dərslərə yönəldilməsinin tərəfdarıdır.
Sorğuda iştirak edənlərin 18 faizi əlavə məşğələlərin faydalı olduğunu qəbul etsə də, maddi imkanlarının buna yol vermədiyini qeyd edib.
Adəm
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
















.jpg)


















.jpg)
