Sosial
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib - FOTO
Unibank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün Şirvan şəhərində bayram şənliyi təşkil edib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi uşaqlara bayram sevinci bəxş etmək, həmçinin cəmiyyətin həssas qruplarına diqqət və qayğını artırmaq olub.
Tədbirin əvvəlində uşaqlar Unibank KB rəhbərliyi adından təbrik edilib, onlara xoş arzular çatdırılıb. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva da şəhər rəhbərliyinin təbriklərini uşaqlara çatdıraraq, onlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı üzrə maarifləndirici təlim də keçirilib. Təlim zamanı uşaqlara pul, qənaət və düzgün xərcləmə vərdişləri barədə sadə və maraqlı formada məlumat verilib, mövzuya uyğun interaktiv oyunlar təşkil olunub.
Bayram proqramında uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar və interaktiv proqramlar keçirilib. Sevilən nağıl və cizgi film personajları tədbirə xüsusi rəng qataraq, uşaqlarla ünsiyyət qurub, onların bayram sevincini daha da artırıb.
Unibank tərəfindən tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunub. Uşaqların valideynləri də tədbirdə iştirak edərək təşəbbüsü yüksək qiymətləndirib və belə sosial layihələrin əhəmiyyətini vurğulayıblar.
Unibank sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata keçirilməsini davam etdirir.
Unibank- Sənin Bankın!
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya30 Avqust 15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi




















.jpg)




















.jpg)
