Sosial
Prezidentin Almaniya səfəri: O görüntülərdən utandım...
Siyasi baxışlar, fərqli yanaşmalar, hətta ən kəskin fikir ayrılıqları nə zaman arxa plana keçməlidir? Ortada birbaşa DÖVLƏT, onun atributları, simvolları və ən ümdəsi, Ləyaqəti, ölkədən kənardadırsa, beynəlxalq müstəvidəki nüfuzu olanda!
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Avropada "siyasi mühacir" adı altında maskalanan bir ovuc ünsürün nümayiş etdirdiyi əxlaqsızlıq, küçə davranışı, sosial şəbəkələrə sızan o utancverici görüntülər, əminəm ki, hər bir vicdanlı azərbaycanlının ürəyində təkcə təəssüf deyil, həm də milli xəcalət hissi doğurur. Biz nə vaxt tənqidlə düşmənçiliyi, müxalifətçiliklə Vətənə, Dövlətə, yurda, xalqa xəyanəti qarışdırdıq? Nə baş verdi ki?
Demokratiya sərhəd tanımır, tənqidə də sərhəd qoymur. Ancaq “sərhədsiz” tənqid təhqir deyil, əxlaqsızlıq, tərbiyəsizlik, mənəviyyatsızlıq heç deyil! Yaşadığınız ölkənin insanlarının milli ləyaqəti, milli qüruru, özgüvəni, mədəniyyəti, elitarlığını görürsünüzmü? Alman düşüncə tərzinə, alman zadəganlığına, kübarlığına bələdsinizmi?
Təbii ki, yox. Çünki siz orda yaşamırsınız, siz orda sadəcə mövcudluq “mübarizəsi” aparırsınız və bunun üçün hər şeydən keçmisiniz - milli ləyaqətdən də, kübarlıqdan da. Yalan, böhtan, nifrin, utanmazlıq, saxtakarlıq, həyasızlıq, mənəviyyatsızlıq, soysuzluq, köksüzlük dünyada yalnız və yalnız bir xalqa xasdır - siz də onlara tay olduğunuzu bütün varlığınızla nümayiş etdirməyə çalışırsınız. Çünki sifariş ordan gəlir...
Qalib Prezidentə - İlham Əliyevə, Qalib Azərbaycana, Qalib Xalqa bu qədər nifrət yalnız keşiş Baqrat, Qaregin, bir də köçəryan-sərkisyan sürüsündən gələ bilər.
Siz onların “danışan dili” rolunu cani-dildən oynayırsınız.
Bu, Avropanın mərkəzində yaşamaq, qalmaq dilənçiliyidir!
Real cəmiyyətdən təcrid olunan, yad ölkələrin sığınacaqlarında qrant və ya status xatirinə hər şeyini satmağa hazır olan bu zümrə artıq "Azərbaycan" adlı müqəddəs anlayışı unudub. Onlar üçün dövlət marağı yoxdur, onlar üçün yalnız sifarişçilərinin ayaqları altına sərilmiş, tapdanmış və itirilmiş mənlikləri var.
Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir: Azərbaycan Dövləti əbədidir. Bu əbədiyyətə, bu dövlətçiliyə dil uzadanları bu Vətənin hər qarışı üçün qanını axıdan Şəhidlərimizin ruhu bağışlamaz!
Biz də bağışlamarıq!
Aynur Camal
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































