Sosial
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTO
Sentyabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Publika.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.









-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir











.jpg)
























