Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
Bizi izləyin

Magazin2

Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto

Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto

Məhkəmə icraçıları "Bi-2" musiqi qrupunun rəhbəri Leva Bi-2-nin (Rusiyada xarici agent elan edilib-red.) həyat yoldaşı Asya Bortniki axtarışa veriblər.

Publika.az xəbər verir ki, bu barədə "Shot" məlumat yayıb.

Nəşrin məlumatına görə, 57 yaşlı Asya Bortnik 2022-ci ildən Moskvadakı mənzilinə görə əmlak vergisi ödəməyi dayandırıb. Onun Moskvada, 1905-ci il küçəsindəki ümumi sahəsi 121 kvadratmetr olan iki mənzil mülkü var.

Federal Vergi Xidməti (FNS) bu yaxınlarda Bortnikə qarşı iddia qaldırıb və iddia təmin edilib. İş artıq məhkəmə icraçılarına verilib. Qadının 89.300 rubl borcu var.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm