Sosial
FHN yanğın-taktiki təlim keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunda “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı Neft Emalı Zavodunda baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin qüvvələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 8 ədəd texnika və 30 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





.jpg)



























