Cənubi Qafqaz
Paşinyandan gözlənilməz QARABAĞ ÇIXIŞI: “Xalqı güzəştə hazırlayacağıq”
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident
Levon Ter-Petrosyanla görüşünü və “Qarabağın statusuna əvəz olaraq
ərazilərin qaytarılması” düsturu haqqında danışıb.
Publika.az xəbər verir ki, Paşinyan Azərbaycanın güzəştə
getməli olduğunu iddia edib.
“Biz nə üçün Ermənistanın güzəştə getməli olduğunu müzakirə edirik?
Niyə yalnız biz özümüzdən danışırıq. Biz Azərbaycanın güzəştə hazır
olduğu mesajını alan kimi, güzəştin mahiyyətini müzakirə edəcəyik
və xalqı buna hazırlayacağıq”, - deyə o bildirib.
Paşinyan Ter-Petrosyanla görüşdə ümumi müzakirələr apardıqlarını
deyib: “O, mənə Qarabağ münaqişəsi ilə bağlı faydalı hesab etdiyi
bəzi məlumatları verdi. Lakin o, münaqişə ilə bağlı mövqeyini
bildirmədi”.
Qeyd edək ki, Ter-Petrosyan Ermənistanın dövlət kimi gələcəkdə var
olmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğu
fikrini dəfələrlə dilə gətirib.
Asif
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü