Cənubi Qafqaz
Gürcüstanın Baş nazirindən müsəlmanlara bayram təbriki
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 21-də müqəddəs Qurban bayramı münasibətilə Tbilisidəki məsciddə olub.
Publika.az xəbər verir ki, Baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. Qeyd edib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.
M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb, dövlətin bunu yüksək qiymətləndirdiyini deyib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da çıxış edərək müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, ölkələrimiz arasındakı mehriban dostluq və qardaşlıq əlaqələrindən danışıb, bəzi sahələrdə mövcud olan problemlərin birgə əməkdaşlıq sayəsində aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Sonra digər çıxış edənlər Baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
-
Qoroskop10:47
Şans bu 3 bürcün yanında olacaq
-
Ekologiya10:18
Şimşək çaxdı, leysan yağdı - FAKTİKİ HAVA