Cənubi Qafqaz
Ruslar Paşinyana tərs ŞİLLƏ VURUR: “Davay, dosvidaniya!”
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra
Moskvaya qarşı süngülər qaldırıldı, lakin rusların artıq
ermənilərin şıltaqlığı ilə oynamaq fikrində olmadığı müşahidə
edilir. Moskva İrəvana deyir: “Davay, dosvidaniya!”.
Publika.az xəbər verir ki, rusiyalı şərhçi Sergey
Verxovtsevin “kubnews” saytında dərc olunan məqaləsində
Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinin qaldırılmasına
toxunur.
Rusiyalı şərhçi Feysbuk sosial şəbəkəsində ölkəsinin Gümrüdəki
102-ci hərbi bazasının əleyhinə yaradılan səhifəni xatırladıb.
Bu səhifə “Rusiya hərbi bazasının Ermənistanın maraqlarına uyğun
olmadığı və ölkədən çıxarılmasının vacibliyini” təbliğ edir.
“Bu nədir? Niyə Ermənistandan birdən Rusiyaya qarşı süngülər
qaldırıldı və 102-ci hərbi bazaya qarşı virtual üsyan bayrağı
açıldı? Burada bir məsələni aydınlaşdırmaq lazımdır: bu prosesin
müəllifi kimdir və bu, kimə əlverişlidir?”, - deyə o yazır.
S. Verxovtsev qeyd edir ki, bunun arxasında Soros Fondunun
Ermənistandakı nümayəndəsi Daniyel İonisyan dayanır: “Bu işdə onun
əsas köməkçisi baş nazir Paşinyanın birinci köməkçisi Ararat
Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyandır. Paşoyan yaxın
vaxtlarda “aprelı müharibəsi”ndə ölmüş erməni əsgərlərini təhqir
etdiyi üçün işdən çıxarılıb. Göründüyü kimi, prosesin arxasındakı
baş Sorosdur və onun tapşırığı ilə rusofob fəaliyyəti
aparılır”.
S. Verxovtsev Ermənistanın müdafiə naziri David Tonoyanın Panik
kəndində rus hərbiçiləri ilə bağlı baş vermiş qalmaqaldan sonra
səsləndirdiyi fikirləri də xatırladıb.
Tonoyan bildirmişdi ki, Ermənistandakı Rusiya hərbi bazası və rus
sərhədçiləri ilə bağlı razılaşmanı təkrar gözdən keçirə
bilərlər.
“Belə təəssürat formalaşır ki, İrəvanda yeni hökumət Rusiya ilə
münasibətlərin bərkidilməsini rəsmi şəkildə dəstəkləyir, lakin
hökumətə kənardan rəhbərlik edən şəxslər daxili informasiya
sahəsində ciddi anti-Rusiya kampaniyası aparır və bu kampaniya
getdikcə daha da genişlənir. Bütün bunlar normal insanlarda ciddi
narahatlığa səbəb olur, xüsusilə Paşinyanın qərbə qrantlarınının
hesabına maliyyələşən şəxsləri dövlət postlarına gətirməsi fonunda.
Əgər belə davam edəcəksə, “Sorosun uşaqları” pul aldıqları yerin
tapşırıqlarını yerinə yetirəcəklər və sonda Rusiya qoşunlarının
Ermənistandan çıxarılmasına nail olacaqlar. Lakin bundan sonra
Ermənistanı kim qoruyacaq, axı heç bir qərb QHT-si bunu
bacarmayacaq”, - deyə rusiyalı şərhçi bildirib.
Asif
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE