Cənubi Qafqaz
“Gürcü Arzusu” ETİRAF ETDİ: Seçkilərin birinci turunda…
Gürcüstanın “Gürcü Arzusu” hakim partiyası ölkədə prezident seçkilərində ikinci turun keçiriləcəyini qəbul edib.
Publika.az “newsgeorgia.ge” saytına istinadən xəbər verir ki, bu haqda parlamentin spikeri İrakli Kobaxidze bildirib.
O etiraf edib ki, hakim partiya tərəfindən dəstəklənən namizəd Salome Zurabişvili seçicilərin 50 faizindən çoxunun səsini yığa bilməyib. Spiker onun növbəti turda birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze ilə mübarizə aparacağını vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.
“Rustavi2” televiziya kanalının sifarişi əsasında nüfuzlu Amerika şirkəti “Edison Research” tərəfindən keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.
“Exit-poll”un nəticələrinə görə, namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. İkinci turun müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd, Hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili arasında keçiriləcəyi gözlənilir. Onların hər biri 40 faiz səs toplayıb. “Exit-poll”un nəticələrinə əsasən, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10 faiz səs toplayıb.
Ömər
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...