
Ermənistanda ictimaiyyətlə ordu arasında qarşıdurma baş
verib.
Publika.az xəbər verir ki, bir qrup gənc Müdafiə
Nazirliyinə məxsus avtobusun qarşısını kəsərək, onu saxlayıb.
Ardınca gənclər hərbi xidmətə yeni çağırışçıları aparan avtobusa
daxil olublar və dava salıblar.
Bu, məişət insidenti hesab olunsa da, Ermənistan mediası baş
verənlərin siyasi mahiyyət daşıdığını yazırlar. Ehtimal olunur ki,
avtobusu saxlayan gənclər “məxməri inqilab”da iştirak edənlərdir və
onlar problemlərin güc yolu ilə həllinə alışıblar.
Erməni şərhçi Aram Amatuni isə yazır ki, Ermənistanda inqilab
tərəfdarları ilə ordu arasında ciddi qarşıdurma var və bu hadisə
həmin qarşıdurmanın elementlərindən biridir.
Asif