MAQATE "Metsamor"un durumundan narahatdır
Bizi izləyin

Cənubi Qafqaz

MAQATE "Metsamor"un durumundan narahatdır

MAQATE "Metsamor"un durumundan narahatdır.

Publika.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu bildirib.

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Yukia Amano İrəvana gedərək Ermənistanın baş naziri Nikol Paşiyanla görüşüb. Aydındır ki, MAQATE rəhbəri Ermənistanda yalnız bir mövzudan danışa bilərdi: “Metsamor” atom elektrik stansiyası. Təsadüfi deyil ki, təşkilatın rəhbəri Paşinyanla görüşdə deyib ki, atom təhlükəsizliyi sahəsində təşkilatın Ermənistanla əməkdaşlığı vacibdir. MAQATE rəhbəri onu da deyib ki, təşkilat Ermənistana kömək etməyə hazırdır. Sual olunur: “Metsamor” atom elektrik stansiyasında hər şey qaydasındadırsa təşkilat rəhbəri niyə Ermənistana köməkdən danışır? Deməli, MAQATE adı çəkilən stansiyanın durumundan narahatdır", - o qeyd edib.

Atom elektrik stansiyasının işlədilməsinin hər bir dövlət üçün bahalı iş olduğunu bildirən politoloqun sözlərinə görə, Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır:

"Yaponiya kimi dövlət sunami nəticəsində “Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki nəsə olsa nəticəsi bütün bölgəni əhatə edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm