Cənubi Qafqaz
Gürcüstanda polis və azərbaycanlılar arasında insident oldu, saxlanılanlar var - FOTO
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verib.
Publika.az “Report”a istinadən xəbər verir ki, axşam saatlarında patrul polisinin azərbaycanlının idarə etdiyi avtomobili saxlamasından sonra tərəflər arasında mübahisə yaranıb.
Sürücü xəstəxanaya tələsdiyini və heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayıb. Yaranan mübahisəyə avtomobildə olan digər şəxs də müdaxilə edib.
Kənd sakinlərinin bildirdiklərinə görə, mübahisə nəticəsində 3-4 nəfər saxlanılıb.
Qabal kənd sakinləri həmyerlilərinin saxlanılmasına etiraz edərək kənd mərkəzində toplaşıblar.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qabal kəndinə gedərək insidentin detalları barədə maraqlanıb və yaranmış vəziyyətin aradan qaldırlması üçün yerli sakinlərlə görüşüb.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı