• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Paşinyan Minskdə Bakıya qarşı: “Sülh” istəyir, amma harda?

Paşinyan Minskdə Bakıya qarşı: “Sülh” istəyir, amma harda?

Minskdə keçirilən Avrasiya İttifaqının hökumətlər şurasının iclasında iştirak edən Ermənistan Baş naziri Nikol Paşinyan bu kürsüdən də Azərbaycana qarşı təbliğat məqsədilə istifadə etməyə çalışıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, özünü “sülh göyərçini” kimi göstərmək istəyən və Bakı ilə "sülh danışıqları"na hazır olduğunu bildirən Paşinyan erməni ordusunun Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədinə artilleriyanın iştirakı ilə hücumunda Bakını günahlandırmağa uğursuzcasına cəhd edib.

Hətta üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz yalanlarına inandıra bilməyən, KTMT Daimi Şurasının təcili iclasının keçirilməsinə nail olmayan və bu qurumdan dəstək almayan Paşinyan Avrasiya İqtisadi İttifaqında artıq üzv dövlətlərin bildiyi yalanı təkrarlamaqdan çəkinməyib.

Sərhəddəki təxribatdan Dağlıq Qarabağ münaqişəsinə adlayan N.Paşinyan çıxışında deyib ki, İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyəcək.

Bunun ardınca isə Paşinyan "Azərbaycanla sərhədindəki münaqişənin sülh yolu ilə həllinə alternativ görmədiyini" deyib:

“Hərbi həll yolu yoxdur və bölgəmizin bütün xalqlarının mənafelərini əks etdirən dinc danışıqlara alternativ ola bilməz”.

Qeyd edək ki, Azərbaycan Ermənistanın ərazisinə iddia etmir və heç vaxt da etməyib, Azərbaycan ərazisini işğal edən isə Ermənistandır.

Sərhədlə bağlı da hər hansı sülh danışıqları gülməli səslənir. Bütün danışıqlar Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlıdır.

Dağlıq Qarabağla bağlı mövqedə heç bir dəyişiklik olmayacaqsa, sərhəd məsələsində hansı sülh danışıqlarına ehtiyac var ki?! Sərhəddə stabilləşmə üçün sadəcə Ermənistanın təxribatdan əl çəkməsi və Tovuz rayonuna hücumu dayandırması lazımdır.

Göründüyü kimi, Azərbaycanın dövlət sərhədinə hücum edən, Azərbaycan Ordusunun yüksək rütbəli hərbçilərini və mülki vətəndaşlarını şəhid edən, əvəzində isə Ordumuzun ağır cavab zərbələrini alan və KTMT-ni münaqişəyə cəlb edə bilmədiyindən qurduğu planı ifşa olan N.Paşinyan guya “sərhəddəki münaqişə ilə bağlı sülh danışıqlarını” gündəmə gətirməklə, Azərbaycanın aqressor obrazını yaratmaq istəyir.

Xatırladaq ki, ermənipərəst deputatı məşhur Konstantin Zatulin də daxil olmaqla, Rusiyanın bütün siyasi xadimləri və politoloqları təxribatın Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədildiyini açıq elan ediblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR