Ermənilərə qadağan olundu - Bu ərazilərə getmək olmaz
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilərə qadağan olundu - Bu ərazilərə getmək olmaz

Ermənistanda hökumət rəsmiləri, vəzifəli şəxslər, ictimai xadim və iş adamlarının Azərbaycanla sərhəddə yerləşən bölgələrə səfəri qadağan olunub.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargahı qərar qəbul edib.

Bildirilib ki, iyun ayında sərhəd xəttində baş verən döyüşlərə görə bu addım atılıb.

2016-cı ilin aprelində əraziyə getməyə və əsgərlərlə görüşə icazə verilsə də, hazırda bu halların qarşısı alınır. Lakin ordu bu qərarı koronavirus pandemiyasına qarşı mübarizəyə aid edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm