Cənubi Qafqaz
Xamenei Hacıyevin açıqlamalarını təsdiqlədi: Əgər onlar sərhədə yaxınlaşsalar...
Terroristlər İran sərhədlərinə yaxınlaşsalar, qəti tədbirlər görəcəyik.
Publika.az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei bildirib.
İran lideri etibarlı mənbələrin terrorçuların Qarabağdakı döyüşlərdə iştirakını təsdiqlədiyini söyləyib: “Bəziləri bunu inkar etsə də, etibarlı mənbələrə görə, başqa yerlərdən bir sıra terrorçular Qarabağ müharibəsində iştirak edirlər. Əgər onlar İran sərhədlərinə yaxınlaşsalar və təhlükə təşkil etsələr, şübhəsiz, qəti tədbirlər görüləcək".
Qeyd edək ki, Xamenei bundan öncəki açıqlamasında “Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları mütləq azad edilməli və Azərbaycana qaytarılmalıdır” demişdi.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən gün brifinqdə Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə başladığını, ordusuna Suriya, Liviya, hətta Kanadadan terrorçu ünsürlər cəlb etdiyini bildirmişdi.
Zümrüd
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi