Cənubi Qafqaz
Balayan da Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇDİ: hökumət binasının qarşısına gələrək...
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Kim Balayan hökumət binası qarşısında aclıq aksiyası keçirir.
Publika.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın məhkəməyə verilməsini tələb edir.
K.Balayan bildirir ki, Paşinyan üçtərəfli bəyanatı imzalayaraq konstitusiya quruluşunu pozub.
Onun iddiaları konstitusiya quruluşunun pozulması faktı ilə bağlı hələ cinayət işi açmayan baş prokuror Artur Davtyan və xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryana da ünvanlanır. Keçmiş hakim bu məmurların səssizliyə qərq olduğunu və bununla da cinayətdə ortaq olduqlarını bildirir.
K.Balayan tələbləri yerinə yetirilənə qədər hökumət binasının qarşısında oturacağını deyir. Əks təqdirdə, "canını verən 5000 əsgərə qoşulacaq".
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Kim Balayan 1 gün əvvəl vəzifəsindən azad edilmiş müdafiə nazirinin keçmiş müavini Qabriel Balayanın atasıdır. İkinci oğlu Tiqran Balayan Ermənistanın Niderlanddakı səfiri vəzifəsini tutur, üçüncü oğlu David Balayan isə hakim işləyir.
Zümrüd
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi