Ermənistan daha bir fəlakətlə üz-üzə: bütöv bir nəsli itirirlər
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan daha bir fəlakətlə üz-üzə: bütöv bir nəsli itirirlər

Ermənistanın gələcəyi ilə bağlı ideologiya və fikirlər dəyişməzsə, biz bütöv bir nəsli itirəcəyik.

Publika.az xəbər verir ki, bu sözləri təhsil sahəsi üzrə mütəxəssis Atom Mxitaran 58 yaşlı Vəhram Dumanyanın Ermənistanın yeni təhsil naziri təyin edilməsi ilə bağlı açıqlamasında deyib.

“Təhsil sahəsində görüləsi çox şey var, ancaq təhsili ümumi iqtisadi sistemdən ayrı sahə kimi görmək olmaz. Buna görə təhsildə qlobal dəyişikliklər etmək mümkün deyil. Təhsil şöbəsinin son 2,5 ildə apardığı fəaliyyətlər tamamilə uğursuz oldu”, - ekspert qeyd edib.

O bildirib ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlər yaxın gələcəkdə həll olunmasa, bu, ölkə üçün fəlakətli nəticələr ortaya çıxaracaq.

Xatırladaq ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan iki gün əvvəl vəzifəsindən azad edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm