Paşinyanın arvadının BİABIRÇI HƏRƏKƏTLƏRİ ÜZƏ ÇIXDI
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın arvadının BİABIRÇI HƏRƏKƏTLƏRİ ÜZƏ ÇIXDI

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın keçmiş makiyaj ustası Sofiya Xudoyan ondan borc aldığı zinət əşyalarını geri qaytarmasını və əvvəl sifariş edilmiş paltarların pulunu ödəməsini tələb edir.

Publika.az xəbər verir ki, bu tələb baş nazirinin həyat yoldaşının sosial mediadakı postlarından birinin altındakı şərhdə yer alıb.

"Zinət əşyalarımı qaytarın və sifariş edilmiş paltarın pulunu verin. Ayıbdır. Şərhimi silməyin, vicdanınız oyanana qədər hələ daha çox yazacağam", - o bildirib.

Məlum olduğu kimi, Akopyan postlarının altındakı tənqidi fikirləri mütəmadi olaraq silir.

Daha sonra makiyaj ustası feysbuk səhifəsində 1 ildir dövlət başçısının köməkçiləri ilə əlaqə qurmağa çalışdığını, lakin nəticəsiz qaldığını qeyd edən bir yazı yazıb. O, aldığı cavabları xalqa təqdim edəcəyinə də söz verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm