Paşinyana ŞOK: II Qaregin də müxalifətin tərəfinə keçdi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana ŞOK: II Qaregin də müxalifətin tərəfinə keçdi

Bütün ermənilərin katolikosu II Qaregin baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Publika.az xəbər verir ki, o, parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa səsləyib.

Erməni kilsəsinin rəhbəri mesajında ​​Qarabağdakı müharibədən sonra xalqın acı və ağır itkilər yaşadığını qeyd edib. Bildirib ki, çoxsaylı itki və Qarabağın itirilməsi milli birliyi, həmrəyliyi pozub.

"Həyəcanverici hadisələrdən narahat olaraq baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın baş nazirə olan inamının itməsi səbəbindən mümkün toqquşmalar və faciələrin qarşısını almaq üçün onu istefaya çağırdıq”, - katolikosun mesajında ​​deyilir.

Qeyd edək ki, bundan əvvəl I Aram Paşinyanın gedişinə ehtiyac olduğunu elan etmişdi.

Xatırladaq ki, hazırda baş nazirin istefası tələbi ilə paytaxt İrəvanda genişmiqyaslı aksiyalar keçirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm