Əliyevin bu sözləri Ermənistanı lərzəyə gətirdi: Müharibə BİTMƏDİ, ƏKSİNƏ... - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Əliyevin bu sözləri Ermənistanı lərzəyə gətirdi: Müharibə BİTMƏDİ, ƏKSİNƏ... - VİDEO

Video əlavə olunub.

***

Azərbaycanın Ermənistana qarşı mübarizəsi bitməyib, sadəcə hərbi platformadan psixoloji istiqamətə köçürülüb.

Publika.az xəbər verir ki, bunu Vətən Partiyasının üzvü Vardan Voskanyan deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı da Ermənistana qarşı hərbi əməliyyatlarının başa çatmadığını göstərir.

“Bu cür hərəkət Ermənistanda düşmən dövlətə qarşı nifrəti daha da artırır. Mən inanıram ki, Ermənistanda belə bir nifrət var və bu nifrətin obyektiv səbəbləri var, çünki bu biabırçı sənədin imzalanmasından sonra da Azərbaycan tərəfi Türkiyənin dəstəyi ilə həqiqətən psixoloji cəbhədə əməliyyatlar həyata keçirir. Bu, Azərbaycan-Türkiyə ittifaqının bizimlə müharibəni bitirmədiyi, sadəcə onu psixoloji bir platformaya köçürdüyünə dair əlavə bir göstəricidir”, - Voskanyan deyib və əlavə edib ki, Azərbaycan hər şeydən xəbərdardır.

V.Voskanyan qeyd edib ki, Ermənistanın müvafiq qurumları cəmiyyəti daxildən parçalamağa yönəlmiş bu psixoloji müharibəyə adekvat cavab verə bilmir.

“Ermənistanda cəmiyyətin əhval-ruhiyyəsində hər şeyin bitdiyi, Azərbaycan və Türkiyənin istədiklərini əldə etdikləri xəyalını yaratmağa cəhd edilir. Ancaq bu heç də belə deyil. Sunik, eyni zamanda, geniş Azərbaycan-Türkiyə proqramının vacib bir hissəsidir və təsadüfi deyil ki, Əliyev öz terminologiyasında Sunik, Sevan və İrəvan mənasını verən Zəngəzur, Göyçə və İrəvan haqqında danışır. Bu həm də Ermənistana qarşı Azərbaycan-Türkiyə siyasətinin davam edəcəyini göstərir və təəssüf ki, səlahiyyətlilərimiz yenə də layiqli cavab verməyə, cəmiyyətimizdə adekvat əhval-ruhiyyə formalaşdırmağa hazır olmadıqlarını nümayiş etdirir. Əslində mövcud hökumət özünü tamamilə hərəkətsizliyə həsr edib və məcazi mənada Ermənistanın qapıları indi düşmən təbliğatına, düşmənçilik fəaliyyətlərinə açıqdır”, - o qeyd edib.

Zümrüd,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm