Azərbaycanlı deputat mandatından imtina etdi
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanlı deputat mandatından imtina etdi

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) X çağırış parlamentində təmsilçilikdən rəsmən imtina edib.

Partiya əldə etdiyi 36 mandatdan imtina barədə qanunverici orqana müraciət təqdim edib.

VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə Abdulla İsmayılov da deputat seçilmişdi.

Bununla da, qonşu ölkə parlamentində iki soydaşımız kürsü tutacaq. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat əldə edən Savalan Mirzəyevdir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm