Cənubi Qafqaz
Paşinyanın hakimiyyətdən getməmək üçün YENİ PLANI
Ermənistan hakimiyyəti parlamentə özünü buraxmaq hüququ vermək istəyir.
Publika.az xəbər verir ki, hakim "Mənim addımım" parlament fraksiyası ölkədəki daxili siyasi böhran fonunda konstitusiya dəyişiklikləri layihəsini müzakirə edir.
Dəyişiklik qəbul olunsa, Ermənistan parlamenti özünü buraxmaq hüququna sahib olacaq.
"Aykakan Jamanak" qəzetinin xəbərinə görə, layihədə Ermənistan konstitusiyasının 92-ci maddəsinə deputat sayının 3/5-nin qərarı ilə parlamentin buraxılması ilə növbədənkənar seçkilərin keçirilə biləcəyi bəndin əlavə edilməsi nəzərdə tutulur. Bundan başqa, seçkilərin vaxtının dəyişdirilməsi də təklif olunur – parlament buraxıldıqdan sonra 40 gündən 55 günə qədər keçirilməlidir.
Qeyd edək ki, Ermənistanın mövcud konstitusiyasına görə, hökumət başçısının istefasından sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilməyəcəyi təqdirdə parlament buraxıla bilər. Parlament üzvləri hökumətin proqramını təsdiqləməsə, Milli Məclis də buraxılır. Konstitusiyaya görə, erkən parlament seçkiləri qanunverici orqanın ləğv edilməsindən sonra 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalif qüvvələr hökumət başçısı vəzifəsinə namizədlərini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış edir.
Zümrüd
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ