Cənubi Qafqaz
Natia Turnava: "Xəzər qazının Avropaya Gürcüstan üzərindən tədarükü tarixi hadisədir"
“Xəzər dənizindən qazın Gürcüstan vasitəsilə Avropaya tədarükü reallığıa çevrilib. Biz hamımız həqiqətən də bölgə ölkələrinin çoxəsrlik arzusunun həyata keçdiyi tarixi prosesin iştirakçılarıyıq”.
Publika.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxışında deyib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq planlaşdırılan bütün tədbirlər həyata keçirilib: “Bu gün artıq gələcək planlar, hətta bu təşəbbüsdə Türkmənistanın da iştirakı müzakirə olunur. Həmçinin strateji tərəfdaşımız və dost ölkə olan Azərbaycanın həyata keçirdiyi yeni geoloji-kəşfiyyat işləri və yeni həcmlər barədə də danışılır. Biz bu dəhlizin və boru kəmərləri şəbəkəsinin gələcək genişlənməsi, digər Avropa, məsələn, Balkan ölkələrinin cəlb olunması məsələsini də nəzərdən keçiririk”.
N.Turnava qeyd edib ki, Gürcüstanın “Şahdəniz” yatağından əldə etdiyi qazın həcmi ildən-ilə artır və bu da ölkənin enerji müstəqilliyini möhkəmləndirir.
-
Hadisə20:30
Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər - VİDEO
-
Nida Xəbər 20:10
Təyyarə qəzasına görə növbəti iclas keçirildi - Foto
-
İdman19:30
Futbolçuların həbs olunması ilə bağlı xəbərlərə DİN-dən REAKSİYA - YENİLƏNDİ
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab