Nida Xəbər
Təyyarə qəzasına görə növbəti iclas keçirildi - Foto
Bu gün təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, sədr Əli Əsədov Komissiyanın qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcəyini bildirib.
Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verilib.
Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənilib.
Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat veriblər.
Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirilib. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.
Bildirilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırılıb ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.






-
Dünya06:16Üç həftəlik yanacaq ehtiyatı qaldı - Fəlakətli nəticələrə səbəb olacaq...
-
Qoroskop01:40Günün ulduz falı: Bu mövzularda ehtiyatlı olun!
-
Hadisə01:20Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş öldü
-
Kriminal00:35Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin FOTOSU
-
İdman1 Fevral 22:25Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA
-
ABŞ1 Fevral 22:10ABŞ İrana hücum hazırlıqlarıa başladı
-
Dünya1 Fevral 20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə1 Fevral 19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ






.jpg)
























.jpg)






