Cənubi Qafqaz
Ermənistanda hərbi qiyam... – Paşinyan elan etdi
Ermənistan prezidentinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqda təqdimatımdan imtina etməsi barədə qərarı anlaşılmazdır.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Feysbukda canlı yayım edərkən deyib. O bildirib ki, bu mövzuda vətəndaşlarla 1 mart mitinqində danışacaq.
Paşinyan 1 mart mitinqində yeni qarşıdurmalar olacağı barədə yayılan məlumatları təkzib edib. O deyib ki, 1 mart faciəsinin təkrarlanması mümkün deyil.
O, mitinqdə Armen Sərkisyanın təqdimatdan anlaşılmaz imtinası, 1 martla bağlı istintaqın gedişi, həmçinin hərbi qiyam cəhdi haqda danışacağını vurğulayıb:
“Mən göstərəcəyəm ki, prezidentin qərarı əsassızdır, heç bir qanuna sığmır və bu, çox ciddi danışıq olacaq”.
O, Baş Qərargahın siyasi bəyanatının tam qəbuledilməz olduğunu qeyd etməklə bərabər, bir müddət öncə Ali Məhkəmə Şurasının da analoji addımını unutmamaq gərəkdiyini deyib.
Qeyd edək ki, Armen Sərkisyan Qasparyanın vəzifədən azad edilməsi barədə baş nazirin təqdimatını geri qaytarıb. Təqdimat geri qayıdan kimi Paşinyan dərhal ikinci təqdimatı göndərib və Sərkisyanın təqdimatdan imtinasının ölkədəki stabilliyə xidmət etmədiyini bildirib.
N.Paşinyanın mitinqi sabah saat 18:30-a təyin edilib.
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...