Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradıldı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradıldı

Gürcüstan parlamentinin Diaspor məsələləri Komitəsinin nəzdində milli azlıqların problemləri ilə bağlı Elmi-Məsləhət Şurası yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Bildirilib ki, Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək Şura milli azlıqların qarşılıqlı və səmərəli inteqrasiyasını asanlaşdırmaq, onların sistemli problemlərinin həlli məsələləri ilə məşğul olacaq.

Qurum həmçinin, milli azlıqlardan olan gənclərin işlə təminatı və mədəniyyət sahələri üzrə də fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm