Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Müqaviləsi” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

Publika.az xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.

O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

Artıq səslərin sayılması başa çatıb. “Vətəndaş Müqaviləsi” Partiyası 53,92 % səs toplayıb. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 səs yığıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm