Cənubi Qafqaz
Koçaryan mandatdan imtina etmək istəyir, amma...
“Ermənistan” blokundan baş nazirliyə namizəd Robert Koçaryan deputat mandatından imtina etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə Koçaryan keçirdiyi mətbuat konfransında deyib.
O, parlamentdə nə edəcəyini təsəvvür etmədiyi üçün bu addımı atdığını açıqlayıb.
“Blok daxilində müzakirə apardıq, bəziləri mandatı götürməyimi, digərləri imtina etməyimi təklif edir. Lakin hələ son qərar verməmişəm. Bununla yanaşı, mübarizəni davam etdirmək üçün ciddi mandat əldə etdiyimizi düşünürəm. Küçə mübarizəsini də istisna etmirik. Parlament mübarizəsi isə mövqelərimizi gücləndirəcək”, - Koçaryan bildirib.
Qeyd edək ki, Koçaryanı rəhbərlik etdiyi “Ermənistan” bloku seçkini ikinci tamamlayıb. Koçaryan, yaxud bütövlükdə blok mandatdan imtina etsə belə, ikinci tur seçki keçirilməyəcək. Bu baxımdan, Koçaryan mandatdan imtina etsə belə blokun digər üzvlərinmin fərdi qaydada parlamentdə təmsil olunacağı gözlənilir.
Asif
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var

















.jpg)

















.jpg)


