Türkiyə səfiri Gürcüstan XİN-ə dəvət olundu
Bizi izləyin

Cənubi Qafqaz

Türkiyə səfiri Gürcüstan XİN-ə dəvət olundu

Türkiyə səfiri Gürcüstan XİN-ə dəvət olundu

Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı noyabrın 29-da Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət olunub.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia səfirlə Gürcüstan və Türkiyə arasındakı mehriban qonşuluq münasibətlərini və strateji tərəfdaşlığı qeyd edib.

Görüşdə “Beşiktaş” və “Hapoel Beer-Şeva” futbol klubları arasında matç zamanı baş vermiş xoşagəlməz hadisə barədə fikir mübadiləsi aparılıb.

Söhbətin sonunda tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm