Ermənistan 12 gündür iki hərbçini axtarır
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan 12 gündür iki hərbçini axtarır

İki həftə öncə yoxa çıxan iki erməni hərbçi hələ də tapılmır.

Publika.az
xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi hərbçilərin Azərbaycanla sərhəddə yoxa çıxdığını açıqlamışdı.

Erməni hərbi ekspert Tiqran Abramyan yazır ki, artıq 12 gündür ölkənin siyasi-hərbi rəhbərliyi yoxa çıxan iki hərbçi haqda heç bir məlumat vermir.

Hərbçilərin yoxa çıxması haqda müxtəlif versiyalar irəli sürülür. Bəzi məlumatlara görə, erməni hərbçilər fərarilik edib, başqa ehtimallara görə, iki hərbçinin yoxa çıxması Ermənistan ordusunun daxilindəki hərc-mərcliyin, özbaşınalığın nəticəsidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm