İran səfiri Gorus-Qafan yoluna görə Qriqoryanla görüşdü
Bizi izləyin

Cənubi Qafqaz

İran səfiri Gorus-Qafan yoluna görə Qriqoryanla görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat Xidməti yayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi bildirilib.

Səfir Ermənistanla İran arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildirib.

Zühuri Ermənistanla İranı birləşdirən infrastrukturda yaranan problemlərdən narahat olduğunu da deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm