Bu faciələrin günahkarı Paşinyandır - Tovmasyan
Bizi izləyin

Cənubi Qafqaz

Bu faciələrin günahkarı Paşinyandır - Tovmasyan

“Nikol Paşinyanın hakimiyyəti dövründə İkinci Qarabağ müharibəsində 5000, koronavirus pandemiyasına görə isə Ermənistanda 6491 nəfər öldü. Bütün bu fəlakətlər məsuliyyətsiz insanların dövləti idarəetməsi nəticəsində baş verir”.

Publika.az Ermənistanın hayeli.am saytına istinadla xəbər verir ki, bunu Qarabağdakı separatçıların “spiker”i Artur Tovmasyan deyib. O bildirib ki, bütün bu faciələrin başlıca günahkarı Nikol Vovayeviçdir:

“İtkilərin statistikasına baxsaq görərik ki, son 3 ildə 9500 nəfər Paşinyan hakimiyyətinin doğurduğu fəlakətlərin qurbanına çevrilib. Kapitulyator Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, erməni əhalisinin sayı bir o qədər sürətlə azalacaq. Bu, birmənalıdır. Təkcə Qarabağ müharibəsində bizim (separatçıların – red.) itkilərimiz 4000-ə yaxındır. Bir daha deyirəm, bunlar hakimiyyətdə nə qədər çox qalsalar, fəlakətlər bir-birini əvəzləyəcək. Bu, faktdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm