Avroparlamentardan açıqlama: Saakaşvilinin işi getdikcə siyasiləşir və...
Bizi izləyin

Cənubi Qafqaz

Avroparlamentardan açıqlama: Saakaşvilinin işi getdikcə siyasiləşir və...

"Saakaşvilinin işi getdikcə siyasiləşir və “Gürcü arzusu” getdikcə əvvəlki hökumətə bənzəyir".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Viola fon Kramon "Twitter" hesabında qeyd edib.

O, Penitensiar xidmətin Mixail Saakaşvili ilə bağlı yaydığı kadrları ciddi tənqid edib:

““Gürcü arzusu" getdikcə əvvəlki hökumətə bənzəyir, Gürcüstan daha yaxşısına layiqdir. Gürcüstan həbsxanasında eks-prezident Saakaşviliyə qarşı pis rəftardan şoka düşdüm. Bu videoların Gürcüstan hökuməti tərəfindən yayılması acınacaqlıdır. İş getdikcə siyasiləşir və “Gürcü arzusu" əvvəlki hakimiyyətə bənzəyir. Gürcüstan daha yaxşısına layiqdir. Saakaşvili aclıq aksiyasını dərhal dayandırmalı, lazımi tibbi yardım almalı və onun siyasiləşmiş məhkəmə prosesində iştirak etməsinə icazə verilməlidir. Gürcüstan bu qarışıqlığın öhdəsindən gəlməli və Rusiyanın işğalı, yoxsulluq və demokratiyanın tərsinə çevrilməsi kimi real problemləri həll etməyə başlamalıdır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm