Paşinyan DANIŞDI: bunu çox vacib hesab etmək lazımdır...
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan DANIŞDI: bunu çox vacib hesab etmək lazımdır...

Ermənistan və Azərbaycan iki ölkənin müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıblar.

Publika.az "Sputnik Ermənistan"a sitinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandırarkən deyib.

"Aİ prezidenti ilə telefon danışıqları zamanı paralel olaraq (İlham Əliyevlə görüş məsələsi ilə) daha bir təşəbbüs ortaya çıxdı. Bu, müdafiə nazirləri arasında birbaşa əlaqədir. Məqsəd insidentlərin qarşısını almağa çalışmaqdır", - Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, bu cür ünsiyyətin effektivliyinə yalnız müəyyən vaxt keçdikdən sonra qiymət vermək olar, lakin faktın özünü çox vacib hesab etmək lazımdır.

"Mən özüm belə bir əlaqənin olması ilə razılaşdım. Və ümid etmək lazımdır ki, belə bir əlaqə regionda sabitliyin bərqərar olmasına töhfə verəcək", - o vurğulayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm