Gürcüstan DTX qarşısında etiraz aksiyası
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan DTX qarşısında etiraz aksiyası

Gürcüstanda mülki fəallar və müxalifət üzvləri Dövlət Təhlükəsizliyi Xidməti qarşısında etiraz aksiyası keçiriblər.

Publika.az gürcü mediasına istinadla xəbər verir ki, etirazçılar yerli seçkilərin saxtalaşdırıldığını deyərək “Gürcü Arzusu”nun DTX hesabına hakimiyyətdə qaldığını bildiriblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, Dövlət Təhlükəsizliyi Xidməti ölkənin təhlükəsizliyi əvəzinə bir adamın (İvanişvilinin - red.) siyasi maraqlarına xidmət edir.

Onlar mövcud rejimin dəyişdirilməli olduğunu bildiriblər. Aksiyanın baş tutduğu əraziyə çox sayda polis qüvvəsi cəlb olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm