Erməni generaldan müharibə anonsu: "Əmr almışıq"
Bizi izləyin

Cənubi Qafqaz

Erməni generaldan müharibə anonsu: "Əmr almışıq"

"Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var".

Publika.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu sentyabrın 29-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.

rakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.

Qeyd edək ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bugünkü açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində son insident sentyabrın 28-də baş verib. Ermənistan hərbi birləşmələri Kəlbəcər istiqamətində təxribata əl atıb. Nəticədə Azərbaycan tərəfi düşmənə layiqli cavab verib. Bu insident zamanı Azərbaycan tərəfdən bir əsgər yaralanıb. Ermənistanın isə 3 hərbi qulluqçusu ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm