Cənubi Qafqaz
Peskov nöqtə qoydu: Azərbaycan razı olmasa...

Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatının verilməsi, habelə beynəlxalq qüvvələrin mümkün cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır.
Publika.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Münaqişənin hər iki tərəfi bununla razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Bu, təkcə Ermənistan deyil, həm də Azərbaycandır”, - Peskov vurğulayıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatını alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərməsi məqsədi ilə müzakirəyə başlamalıdır.
Akqabay

-
Nida Xəbər 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
Nida Xəbər 21:20
Xankəndidə həmin binada Azərbaycan polisi xidmət aparır - VİDEO
-
MDB19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO
-
Nida Xəbər 18:09
Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanıldı
-
Qarabağ 17:45
Xankəndi yaxınlığında partlayışla bağlı xilasetmə işləri başa çatdı - Video