Cənubi Qafqaz
Saakaşviliyə görə Gürcüstana hücuma keçdilər - Onun zəhərlənməsi...
Gürcüstan Ədliyyə Nazirliyi Mixail Saakaşvilinin ağır metallarla zəhərləndiyini sübut etmək üçün onun yaxınlarının eks-prezidentin müdafiəsi ilə başladılan kampaniyanın uğursuzluğa düçar olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, ölkənin ədliyyə naziri Rati Breqadze etiraf edib ki, bu gün ölkə informasiya hücumlarına məruz qalır.
O qeyd edib ki, zəhərlənməsi ilə bağlı ölkənin keçmiş liderinin yüksək səslə dilə gətirdiyi “hekayə” istisnadır, çünki Saakaşvilinin qanında olan o metalların miqdarı normaldır.
“Bütün hekayə onu göstərir ki, dövlətə qarşı milyonlarla dollar kampaniyası uğursuzluqla başa çatıb”, - Breqadze əlavə edib.
Bununla yanaşı, nazir vurğulayıb ki, bu gün Gürcüstan dövlətə qarşı kampaniya ilə üz-üzədir və bu kampaniyanı gürcü cəmiyyəti izləyir. Nazirin sözlərinə görə, bu gün ölkəni gözdən salmaq planlaşdırılır.
“Məqsəd vəziyyəti elə təqdim etməkdir ki, guya Saakaşvili zəhərlənib və ya kimsə ona işgəncə verir və ya onun bəzi hüquqlarını pozur, bu, tamamilə yalandır və həqiqətə uyğun gəlmir. Eks-prezidentə artıq bir neçə dəfə toksikoloji ekspertiza keçirmək təklif olunub, Saakaşvili bundan imtina edib. Əgər insan zəhərlənibsə və onun sağlamlığı üçün təhlükə yarana bilərsə, o zaman niyə o, həqiqətin üzə çıxarılmasında və adekvat müalicə olunmasında maraqlı deyil? Burada isə hesab edirəm ki, əhali üçün mənzərə kifayət qədər aydındır”, - deyə nazir yekunlaşdırıb.
Akqabay
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA
-
Nəqliyyat07:35
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO