Cənubi Qafqaz
ABŞ mühafizə xidməti Zəngəzur dəhlizində: Ermənilərə nə öyrədirlər?
ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin əməkdaşları Ermənistandandır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-dan gələn nümayəndə heyəti 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan Sərhəd Qoşunları ilə birlikdə “Fürsətlərin təhlili prosesi” proqramı üzrə qabiliyyətin qiymətləndirilməsini həyata keçirəcək, o cümlədən, təkmilləşdirilməli sahələri müəyyən edəcəklər.
Bu, avqustun 8-də Tramp və Paşinyanın Vaşinqtonda imzaladığı ABŞ-Ermənistan Memorandumunun həyata keçirilməsi istiqamətində ilk addımdır.
Səfirliyin bəyanatında deyilir: “Biz “Sülhü kəsişməsi” potensialının gücləndirilməsi üzrə tərəfdaşlığımızın həyata keçirilməsi istiqamətində atılan ilk addımı dəstəkləməkdən qürur duyuruq”.
Vaşinqtonda imzalanan razılaşmaya uyğun olaraq, ABŞ-ın Ermənistana sərhəd təhlükəsizliyinin təmin edilməsi və təkmilləşdirilməsinə yardım edəcək. Lakin əsas diqqətçəkən məqam Ermənistana gələn ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin əməkdaşlarının “Sülhün kəsişməsi”, yəni Zəngəzur dəhlizinin keçdiyi bölgədə işləməsidir. Bu o deməkdir ki, ABŞ TRİPP layihəsi – Zəngəzur dəhlizinin açılması istiqamətində aktiv iş aparır.
Asif
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO













.png)





















