Cənubi Qafqaz
Gürcüstan QARIŞDI: Prezident sarayına BASQIN ETDİLƏR - VİDEO
Tbilisinin mərkəzində etirazçılar dəmir baryerləri aşaraq Gürcüstan Prezidentinin sarayının həyətinə soxulublar.
Bu barədə Publika.az yerli KİV-ə istinadla məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları nümayişçilərə qarşı bibər qazından istifadə ediblər.
Bundan bir qədər əvvəl yüzlərlə avtomobildən ibarət kolonlar “hakimiyyətin dinc yolla devrilməsi” məqsədilə keçirilən etiraz aksiyalarında iştirak üçün Tbilisinin mərkəzinə doğru hərəkət ediblər. Bildirilir ki, mitinqə qatılmaq üçün ölkənin qərbində yerləşən Acarıstan bölgəsinin sakinləri yola çıxıblar. Bundan əlavə, bəzi fəallar Gürcüstanın paytaxtına yaxın yerləşən Qori şəhərində dayanaraq birgə Tbilisiyə getməyə qərar veriblər.
Etirazçıların fəallığı ilə əlaqədar olaraq Tbilisinin mərkəzinə çox sayda təhlükəsizlik qüvvələri göndərilib.
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər 4 oktyabrda respublikanın 64 bələdiyyə və rayonunda eyni vaxtda keçirilir. Səsvermənin nəticələrinə əsasən Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərinin merləri, 59 bələdiyyənin rəhbərləri və yerli şəhər məclislərinin deputatları seçiləcək.
Hüseyn İbadlı
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO













.png)





















