Cənubi Qafqaz
“Gürcü Arzusu” birinci turda qələbə qazandığını BƏYAN ETDİ
Mərkəzi Seçki Komissiyasının yerli seçkilərin ilkin nəticələrini dərc etməsindən sonra hakim “Gürcü Arzusu” partiyası ölkədəki 64 bələdiyyənin hamısında qələbə qazandığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə hakim partiyanın “Facebook” səhifəsində dərc olunmuş rəsmi bəyanatında deyilir.
“Gürcü arzusu” istisnasız olaraq bütün bələdiyyələrdə yerli seçkilərin birinci turunda qalib gəlib”, - deyə məlumatda bildirilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 55%-i hesablandıqdan sonra “Gürcü arzusu” partiyası yerli seçkilərdə səslərin 80%-dən çoxunu toplayıb. Tiflis merliyinə namizəd Kaxa Kaladze 71 faizdən çox səs toplayıb, bülletenlərin 73 faizindən çoxu hesablanıb.
Oktyabrın 4-də Gürcüstanda ölkənin bütün 64 bələdiyyə və rayonunu əhatə edən yerli seçkilər keçirilib. Səsvermədə ölkənin ən mühüm şəhərlərinin, o cümlədən Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərinin merləri, habelə qalan 59 bələdiyyənin rəhbərləri və yerli şəhər şuralarının üzvləri müəyyən edilib.
Hüseyn İbadlı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO




































.jpg)



