Cənubi Qafqaz
İrəvan və Bakı arasında razılaşma Rusiya sərhədçilərinə şamil edilir? - Ermənistan XİN-dən AÇIQLAMA
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkədə Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı danışıb..
Publika.az xəbər verir ki, o, bu məsələ ilə bağlı "PassBlue" nəşrinin müxbirinin müvafiq sualını cavablandırıb.
O bildirib ki, Ermənistanla Bakı arasında imzalanmış razılaşma Ermənistan-İran sərhədində patrul xidmətinə aid deyil.
“Bu məsələ Rusiya ilə ikitərəfli razılaşma çərçivəsində tənzimlənir, yəni bizim parafladığımız sülh sazişinə aid deyil,” - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Xatırladaq ki, avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri - Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan İrəvanla Bakı arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Bu sənəd iki ölkə arasında tamhüquqlu sülh müqaviləsinin imzalanmasına və Qarabağ məsələsinin bağlanmasına doğru ilk addım hesab olunur.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















