Cənubi Qafqaz
Tbilisidə TERRORA CƏHD: külli miqdarda silah və partlayıcı maddələr aşkarlandı
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti böyük miqdarda silah və partlayıcı maddələr aşkarlayıb.
Publika.az xəbər verir ki, bu vasitələrin diversiya hərəkətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulduğu iddia olunur.
Qurumun bəyanatına əsasən, Tbilisidə müsadirə olunmuş silah və partlayıcı maddələrdən istifadə etməklə terror aktları planlaşdırılırmış, eyni zamanda prezident sarayının ələ keçirilməsi cəhdi nəzərdə tutulurmuş.
Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə vurğulayıb ki, silahlar Ukrayna ərazisində fəaliyyət göstərən bir hərbi birliyin nümayəndəsinin göstərişi ilə əldə olunub.
Operativ tədbirlər nəticəsində silah və partlayıcı maddələrin Tbilisinin mərkəzinə daşınmasına cavabdeh olan şəxslər saxlanılıb və diversiya planının qarşısı alınıb.
Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən etiraz aksiyalarına diplomatik dəstəyə kəskin şəkildə qarşı çıxıb və bu məsələdə Avropa İttifaqının səfirini ittiham edib. Onun sözlərinə görə, məhz Aİ nümayəndələrinin ölkədəki sabitliyi pozmaqda rolu xüsusi diqqət tələb edir və məsuliyyətə cəlb olunmalıdır.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















