Cənubi Qafqaz
Gürcüstanda etirazlar yenidən başladı
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb: Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektini təxminən minə yaxın etirazçı bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, mitinq iştirakçıları əvvəlcə Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları ilə parlament binasının qarşısında toplaşıblar. Təxminən bir saat sonra onlar Rustaveli prospektinə çıxaraq nəqliyyatın hərəkətini dayandırıblar. Polis baş verənlərə müdaxilə etmir.
Etiraz aksiyaları Tbilisidə şənbə günü, hakim partiya “Gürcü Arzusu”nun qələbəsi elan edildikdən sonra başlayıb. Mitinq iştirakçıları vətəndaşları dövlət qurumlarını ələ keçirməyə çağırıblar və ilk olaraq prezident sarayını tutacaqlarını bildiriblər. Bir anda hiddətlənmiş kütlə dəmir hasarı yararaq Orbeliani sarayının həyətinə daxil olub. Etirazçılar binaya daş atmağa başlayıblar, xüsusi təyinatlılar isə su şırnaqları, gözyaşardıcı qaz və bibər spreyi tətbiq etməli olublar.
Gürcüstan Prezidenti Mixeil Kaveşhvili bildirib ki, Tbilisidəki iğtişaşların iştirakçıları xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















