Cənubi Qafqaz
Kobaxidze keçmiş prezidenti "xarici agent" adlandırdı
Gürcüstanda dövlət çevrilişinə cəhd ekstremist qrupların 500 agenti tərəfindən həyata keçirilib.
Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Rustavi 2" televiziyasına müsahibəsində bildirib.
Gürcüstanın Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, əvvəllər inqilabın əsas aləti siyasi partiyalar idisə, imdi media və qeyri-hökumət təşkilatları bu "rolu" öz üzərlərinə götürüblər.
"Ekstremist qruplar, agentlər... Təxminən 500 nəfər... Onlar xarici xüsusi xidmət orqanlarıdır və bu prosesdə birbaşa iştirak edirlər", - Kobaxidze bildirib.
Kobaxidze əlavə edib ki, keçmiş prezident Salome Zurabişvili 4 oktyabrda keçirilən mitinq zamanı prezident iqamətgahına girməyə hazır idi: "Zorakılıq başlayanda isə qaçdı. O, xüsusi hazırlanmış xarici agentdir".
Bundan əvvəl Kobaxidze bəyan etmişdi ki, Gürcüstan son dörd ildə beşinci inqilab cəhdini yaşayıb. O, çevriliş planlarının qarşısının alındığını, lakin hakimiyyətin “altıncı, yeddinci və ya səkkizinci inqilab cəhdini gözləmək” niyyətində olmadığını və tədbir görəcəyini vurğulayıb.
(Teleqraf)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















