Cənubi Qafqaz
Gürcüstan əcnəbilərlə bağlı bu qaydaları sərtləşdirdi
Gürcüstanın Miqrasiya Departamentinə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə qəbul edilmədən sığınacaqla bağlı müraciətlərinə baxılması səlahiyyəti verilib.
Publika.az xəbər verir ki, ölkənin daxili işlər nazirinin əmrinə əsasən, təhlükəsizlik xidmətləri tərəfindən milli təhlükəsizliyə, onun ərazi bütövlüyünə və ya ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilən və ya bu səbəbdən Gürcüstandan deportasiya edilmiş şəxslərin sığınacaq üçün müraciətlərinə birbaşa sərhəddə baxılacaq.
Belə hallarda əcnəbilər sığınacaq istəsələr də, ölkəyə buraxılmayacaqlar və onların müraciətinə birbaşa sərhəddə baxılacaq.
Bu halda, Miqrasiya Departamenti yeddi gün ərzində əcnəbinin sığınacaq ərizəsini qəbul etmək, onlara sığınacaq vermək və ya rədd etmək barədə qərar verəcək.
Ərizə təsdiq olunarsa, əcnəbi ölkəyə 30 gün qalmaq imkanı verən qısamüddətli viza ilə qəbul ediləcək.
Sərhəddə olarkən və qərar gözləyərkən sığınacaq axtaranlar yaşayış yeri ilə təmin olunacaqlar.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)























