Cənubi Qafqaz
Əliyevə “güclü lider” deyən Tramp Paşinyanı tanımayıb: Misirdə baş verənlər
Qəzza sammitində ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevlə dialoqu Ermənistanda müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Tramp masa ətrafında söhbət zamanı Prezident İlham Əliyevə müraciət edib.
“İlham Əliyev çox güclü liderdir, o, əla iş görür”, - Tramp bildirib.
ABŞ prezidenti əlavə edib: “Burada olduğunuz üçün hamınıza təşşəkkür edirəm. Azərbaycan üçün mən münaqişəni həll etdim. Siz bir-birinizi başa düşürsünüzü indi, düzdür? 32 il mübarizə oldu, amma biz bunu təxminən bir saata həll etdik, elə deyilmi? Onların indi yaxşı münasibəti var. O, çox güclü liderdir, əla iş görür”.
Azərbaycan liderini tərifləyən Trampın Ermənistanın baş naziri Nikol Paşinyan haqqında “İlham Əliyevin həmyerlisi” ifadəsini işlətməsi erməni informasiya resurslarında xüsusilə tirajlanıb.
Erməni jurnalist Aza Babayan yazır ki, Tramp Əliyevdən “həmyerlisinin” harada olduğunu soruşur, çünki o, Paşinyanı tanımır: “Tramp Əliyevi yaxşı tanıyır, Paşinyanı isə yox: nə üzünü, nə soyadını xatırlayır. Hətta sammitdə Paşinyan Trampa özünü tanıdaraq, Ermənistanın baş naziri olduğunu xatırlatmalı oldu. Trampın Paşinyanla bağlı xatırladığı cəmi bir şey var: “bu oğlan Əliyevin həmyerlisidir”. Nəticəni özünüz çıxarın”.
“Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan isə iddia edir ki, Tramp İlham Əliyevlə anlaşıb, Paşinyanı isə yaxşı xatırlamır.
“Paşinyan anlamır ki, Tramp Əliyevi tanıyır, onu yox. Onun haqqında yalnız “bu oğlan” deyə bəhs edir”, - Zurabyan bildirib.
Asif
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)























