Cənubi Qafqaz
Gürcüstanda da orta və ali təhsilin müddəti AZALDILIR
Gürcüstanda tam ali təhsilin müddəti bəzi ixtisaslar istisna olmaqla 6 ildən 4 ilə endiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil sahəsində planlaşdırılan islahatların təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, bugünkü ali təhsil sistemi müasir çağırışlara və standartlara cavab vermir. Ona görə də qarşıya iddialı məqsəd qoyulmalıdır. Gürcüstandakı tələbələr inkişaf etmiş ölkələrdə olduğu kimi, eyni keyfiyyətdə ali təhsil ala bilməlidirlər.
Hökumət başçısının sözlərinə görə, bu, tamamilə realdır və mümkündür.
Baş nazir təhsil islahatı konsepsiyasının coğrafi təmərküzləşməni nəzərdə tutan istiqamətindən danışıb və qeyd edib ki, bu gün tələbələrin 85 faizindən çoxu paytaxtda ali təhsil alır.
O, üç ilin bakalavr pilləsinə, bir ilin isə magistratura pilləsinə ayrılmasının nəzərdə tutulduğunu bildirib.
Baş nazir qeyd edib ki, tibb və digər bu kimi ixtisaslar istisna olmaqla əksər ixtisaslar üzrə ali təhsil üçün üç il kifayət edir.
İ.Kobaxidze bəzi orta məktəblərdə 11 illik tədris sisteminə keçidin planlaşdırıldığını bildirib. O, ölkənin Təhsil, Elm və Gənclər Nazirliyinin bu istiqamətdə fəal iş apardığını vurğulayıb.
Hazırda Gürcüstanda bakalavr pilləsi üzrə təhsilin müddəti 4 il, magistratura pilləsi üzrə isə 2 il təşkil edir. Tam orta təhsil isə 12 illikdir.
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO


















.jpg)














.jpg)



